Azərbaycan boksçusu Lorenzo Sotomayor Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Danimarkanı təmsil edən erməni rəqibi Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında moldovalı Dmitri Qalaqota qalib gəlib. Yarış bu gün bərpa olunub. Kuba əsilli boksçunun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.
Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə polşalı Yelizaveta Vojçikə uduzub.
Qeyd edək ki, bu gün daha iki azərbaycanlı boksçu mübarizəyə qoşulacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol