Boks üzrə ağır çəkidə WBC (Ümumdünya Boks Şurası) çempionu Tayson Fyüri ilə kəmərin keçmiş sahibi Deonti Uaylder arasında keçiriləcək üçüncü döyüşün tarixi yenidən dəyişdirilib.
Fanat.Az "Top Rank"a istinadən xəbər verir ki, görüş 9 oktyabrda Las Vegasda (ABŞ, Nevada) keçiriləcək.
Daha öncə döyüşün 24 iyulda baş tutması planlaşdırılırdı, lakin Tayson koronavirusa yoluxduğu üçün görüş təxirə salındı.
Qeyd edək ki, 2018-ci ilin dekabrında tərəflər arasında keçirilən ilk döyüşdə heç-heçə qeydə alınıb. 2020-ci ilin fevralında baş tutan ikinci döyüşdə isə Fyüri Amerikalı boksçunu nokauta saldı və WBC-nin çempionluq kəmərinin sahibi oldu.
Emin Şəmsiyev