Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) qarşıdakı dünya çempionatının medalçılarına böyük pul mükafatı verəcək.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu il oktyabrın 24-dən noyabrın 6-dək Belqradda keçiriləcək mundialın çempionları 100 000, ikinci yeri tutanlar 50 000, bürünc medalçılar isə 25 000 ABŞ dolları alacaqlar.
Dünya çempionatının ümumi mükafat fondu 2 milyon 600 min dollar olacaq.
Sahib Əsədbəyli