Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə bir boksçumuz rinqə çıxıb. Millimizin 57 kiloqram çəki dərəcəsindəki üzvü Ümid Rüstəmov kubalı Osvel Kaballero Qarsiya ilə üz-üzə gəlib. 1/32 final mərhələsi çərçivəsində keçirilən döyüşdə təmsilçimiz rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Növbəti günlərdə yığmamızın daha 8 üzvü yarışa qoşulacaq.
Qeyd edək ki, dünya çempionatına 105 ölkədən 650 boksçu qatılıb. 2,6 milyon dollar mükafat fondu olan mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50, bürünc medalçılar isə 25 min dollar mükafat alacaq. Yarışa noyabrın 6-da yekun vurulacaq.