12:20 07.11.2021 654

Dünya çempionu: "Qələbəmi şəhidlərimizə həsr edirəm"

"Dünya çempionatı çox yaxşı keçdi. Güclü bir mübarizə getdi. Mundialda demək olar ki, bütün favoritlər iştirak edirdi. Bu səbəbdən asan döyüş olmadı”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Serbiyanın paytaxtı Belqradda dünya çempionu titulunu qazanan millimizin üzvü Alfonso Dominqes (86 kq) deyib. 

Minsk-2019 II Avropa Oyunların qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mundialdakı çıxışını şərh edib: “Dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri də Belqrada qızıl medal üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi”.

Bir ay öncə azərbaycanlı xanımla ailə quran Asif Axundov klubunun üzvü bildirib ki, Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir: “Çempion olacağıma inanırdım. Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Qarşıdan Zəfər Günü gəlir. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”.

Qeyd edək ki, Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X