Dekabrın 4-dən 19-dək İstanbulda keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınan qadınlar arasında boks üzrə dünya çempionatının yeni vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarış növbəti ilin 12-27 mart tarixlərində baş tutacaq.
Qərar təşkilatçı ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edilib.
Qeyd edək ki, kişilər arasında dünya çempionatı oktyabrın 25-dən noyabrın 6-dək Belqradda keçirilib. Yarışda 88 ölkədən 500-dən çox boksçu iştirak edib. Azərbaycan millisi çempionatı 1 qızıl, 2 bürünc medalla başa vurub.