16:46 01.03.2022 637

"Komandanın vəziyyəti pis deyil" - Açıqlama

"Çalışacağıq ki, Poreçdə ən yaxşısını edib, himnimizi səsləndirək və üçrəngli bayrağımızı yüksəklərə qaldıraq".

Fanat.Az xəbər verir ki, bunu boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev 13 - 23 martda Xorvatiyanın Porets şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlıq barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis medallarla bağlı proqnoz verməsə də, yığmada yer alacaq hər bir idmançıya böyük ümid bəslədiyini bildirib: "Əsas hədəf Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qorumaq və Bakıya mükafatlarla qayıtmaqdır. Ad və ya medal sayı açıqlaya bilməyəcəyəm. Amma komandamıza federasiya rəhbərliyinin də, bizim də ümidimiz böyükdür. Bir sözlə, komandamızın medallar qazanacağına ümidvarıq".

Abdullayevin sözlərinə görə, 19 - 22 yaşlı oğlan boksçulardan ibarət yığmanın turnir üçün Bakı Boks Mərkəzində keçirilən təlim-məşq toplanışı yüksək səviyyədə davam edir: "Komandanın heyətinə 10-dək idmançı çağırmışıq. Hazırda əsas millidən köməkçi boksçular da bizimlə birlikdədir. Bu, gənclərin daha təcrübəlilərlə sınaq döyüşləri keçirməsi və hazırlıqlı olması üçün atılan addımdır. Birgə təlim-məşq toplanışının hər 2 komandanın üzvlərinə faydalı olacağına inanıram”.

O, düşərgəyə dəvət etdiyi boksçuların hazırkı durumunu da dəyərləndirib: "Düzdür, koronavirus pandemiyası səbəbindən bir balaca çətinliklər yaşadıq. Ölkə çempionatı və gənclər arasında Azərbaycan birinciliyi də bir qədər gec keçirildi. Amma bunun bizim işimizə və uğurlu çıxışımıza təsiri olmayacaq. Avropa çempionata hazırlıq üçün qısa müddət qalsa da, yarışa komandamızın tam hazır olması üçün əlimizdən gələni edirik. Hədəfimiz Xorvatiyada yaxşı çıxış etməkdir. Hazırda komandanın vəziyyəti pis deyil. Federasiya lazımi şəraiti yaradılıb, hər şey qaydasındadır və yaxşı hazırlıq keçirik. Martın 11-də turnirin təşkil ediləcəyi Xorvatiyada olmağı planlaşdırırıq. Bu da yarış məkanına öyrəşmək və Poreçdə də təxminən 2 gün məşqlərimizi davam etdirməyə hesablanıb".

Böyük məşqçi heyətlər bəlli olduqdan sonra rəqibləri analiz edib, boksçulara ətraflı məlumat veriləcəyini vurğulayıb: "Hər şey plan üzrə getdiyi üçün səfərə böyük ümidlərlə yollanacağıq. Bildiyiniz kimi, boks yarışları digər növlərlə müqayisədə bir qədər çox çəkir. Avropa çempionatı da 11 günlük uzun marafondur. Hələlik hansı çəki dərəcələrində mübarizə aparacağımızı dəqiqləşdirməmişik. Hər şey təlim-məşq toplanışının gedişindən asılıdır. Çempionata az qalmış səfərə yollanacaq boksçularımızın adları bəlli olacaq. Əsas odur ki, hər bir idmançımız səylə çalışır və ölkə xaricində uğur qazanmaq üçün yorulmadan məşq edir".

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq. Bir gün sonra yarışa start veriləcək. Qitənin ən güclüsünün adına isə martın 23-də aydınlıq gələcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

Facebookdan bizi izləməyi unutmayın.
X