Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan gənc boksçular arasında Avropa birinciliyində bu gün final döyüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan boksçusu Kənan Babayev (48 kq) də qızıl medal uğrunda həlledici döyüşə çıxacaq.
Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı, Gürcüstan təmsilçisi Oruc Əhmədov və irlandiyalı Tedi Coysa qalib gələn idmançımız çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.
Qeyd edək ki, millimizin hesabında rəsmiləşmiş bir medal var. 51 kq-da yarışan Amin Məmmədzadə yarımfinalda uduzaraq "bürünc"lə kifayətlənib.