Ukrayna təmsil edən azərbaycanlı boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına yerli idmançıya qalib gəlib.
Fanat.Az xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən Nəbiyev ilk görüşündə Canik Sahakyandan güclü olub.
O, rəqibini 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi bu Avropa çempionatında iştirak etmir.