Daha bir Azərbaycan əsilli boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.
Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdiyev 1/4 final görüşündə Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0. Boksçu bununla ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən əslən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyanı yenmişdi - 3:2.