Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki cüdoçusu bürünc medal qazanıb.
Kişilər arasında -60 kq. çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və -66 kq. çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov turnirdə üçüncü yeri tutublar.
İlk gündə mübarizəyə qoşulmuş digər 14 cüdoçu medalsız qalıb.