21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışa 100 gənc cüdoçu qatılıb.
Bu gün qızlar arasında 52 və 63 kq, oğlanlar arasında isə 55, 66, 81 və 00 kq çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, yarış fevralın 24-də başa çatacaq.