Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri başa çatıb.
Fanat.Az xəbər verir ki, yığmamız bu yarışı 1 medalla başa vurub.
Turnirə 5 idmançı ilə qatılan yığma üzvlərindən yalnız biri gümüş mükafata yiyələnib.
Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Yarışın son günündə isə Camal Qamzatxanov (+100 kq) medalçılar sırasına düşmək şansını əldən verib. O, “bürünc” uğrunda görüşdə almaniyalı Losseni Koneyə məğlub olub.