Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilib.
Fanat.Az xəbər verir ki, avqustun 7-də start götürən turnirin ikinci günü komandamız aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) 3-cü yeri tutub.
Yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Beləliklə, cüdo komandamız yarışı iki medalla başa vurub.
Qeyd edək ki, 2 gün davam edən turnirdə 14 ölkədən 200-ə yaxın cüdoçu iştirak edib.