Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışa iki nəfərlik heyətlə qatılan Azərbaycan millisi maksimum nəticə - 2 qızıl medalla ümumkomanda hesabında 4-cü olub. Kişilərin sıralamasında isə yığma ilk yeri tutub.
Xatırladaq ki, Hidayət Heydərov 73, Məmmədəli Mehdiyev isə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirdə 35 ölkədən 243 cüdoçu (143 kişi, 100 qadın) mübarizə aparıb.
Sahib Əsədbəyli