11:35 29.09.2021 1172

Hidayət Heydərov: "Parisə "yapon tilsimi"ni qırmağa gedirəm"

Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fanat.Az-a müsahibə verib. Avropa çempionu və dünya çempionatlarının ikiqat bürünc mükafatçısı son yarışlardakı çıxışından, Tokio 2020-ni izləyərkən keçirdiyi hisslərdən, yığmanın keçmiş məşqçi heyəti ilə bağlı narazı olduğu məqamlardan danışıb.
 

- Uzun müddət sonra 73 kq çəki dərəcəsinə qayıtdınız. İyunda Macarıstanda keçirilən dünya çempionatındakı beşinciliyi də saysaq, dönüşünüz uğurlu oldu. Təəssüratlarınızı öyrənək.

- 73 kq mənim ən sevdiyim çəki dərəcəsidir. Boyum, sürətim, döyüş tərzim 73-ə uyğundur. Dünya çempionatında birinci olacaqdım, sadəcə, 73 və 81 kilo arasında fərq çox olduğuna görə tezliklə sürətimi uyğunlaşdıra bilmədim. Amma bu yarışa hazırlaşmaq üçün xeyli zamanım olmuşdu. Yeni Olimpiya dövrünə qələbə ilə start vermək istəyirdim. Çox şükür ki, bunu bacardım.

- Çəkisalma ilə bağlı problem yaşadığınız bildirilirdi...

- Belə bir problemim olmayıb. Sadəcə, əvvəlki məşqçilərin yanlış seçimlərinə görə 2 il medalsız qaldım, dövlətimizin bayrağını yüksəldə bilmədim. Bu, mənim ən uğursuz illərim oldu. Özümdə də günah oldu, amma daha çox məşqçilərin xətası idi. Çəkimi 81 kiloya qaldırmalı deyildim.

- Ötən Olimpiya dövründə kifayət qədər böyük nəticələr qazansanız da, sonda Tokioya Rüstəm Orucov gedəsi oldu. Belə görünür ki, Paris 2024 üçün də aranızda rəqabət gedəcək. Bu barədə nə düşünürsünüz?

- İndidən nəsə demək istəmirəm. Məqsədim qarşıdakı yarışlarda özümü ən yaxşı tərəfdən göstərmək, ancaq birincilik uğrunda mübarizə aparmaqdır. Hazırlığımı artırıb gündən-günə daha güclü olmaq, bu çəkidə liderliyi ələ almaq istəyirəm.

- Olimpiya Oyunlarını izləyərkən hansı hissləri keçirdiniz? Belə bir fikir yarandımı ki, "mən olsaydım"...

- Olimpiadanı ilk dəfə yaxından izlədim. Hamı çox böyüdürdü ki, Olimpiya Oyunlarının ab-havası başqa olur. Gördüm ki, adi bir yarışdır. Sadəcə, həmin gün hamıdan güclü olmaq lazımdır.

Bəli, düşündüm ki, mən güləşsəydim, medalçılar arasında olacaqdım. Gümüş medal qazanan gürcüstanlı Laşa Şavdatuaşvilini sonuncu dəfə 1 dəqiqə ərzində udmuşdum. Bürünc medal qazanan monqolustanlı idmançını iki dəfə məğlub etmişəm. Olimpiya çempionu Şohey Ono ilə buna qədər yalnız bir dəfə qarşı-qarşıya gəlmişəm. Uduzsam da, qələbə Onoya asan başa gəlməyib.

- Qarşıdakı Paris "Böyük Dəbilqə"si üçün də adınız ilkin heyətə daxil edilib. Orada iştirakınız dəqiqdir?

- Dəqiqdir. Sağlıq olsun, inşallah, orada da məqsədim ancaq qızıl medaldır. Parisə yapon tilsimini qırmağa gedirəm.

- Paris "Böyük Dəbilqə"si kifayət qədər nüfuzlu yarışdır. Əbəs yerə bu turniri "kiçik dünya çempionatı" adlandırmırlar. Sifariş olunan adlara baxanda da görürük ki, kifayət qədər gərgin mübarizə gedəcək. Xüsusən də sizin üçün hələ də keçilməz olan yaponiyalı Soiçi Haşimoto diqqəti cəlb edir...

- Ona 6 dəfə uduzmuşam. Hər dəfə də bir səhv ucbatından uduzuram. Güclü idmançıdır. Amma keçilməz deyil. Artıq yapon tilsimini qırmağın vaxtıdır. 73-də ən güclü Onodur. Məşqləri artırıb onu da udacağam. 

- Artıq iki aya yaxındır ki, komandaya yeni baş məşqçi təyin olunub. Mövlud Mirəliyevlə Ruslan Maşurenko arasında hansı fərqləri hiss edirsiz? Ümumiyyətlə, Mirəliyevin təyinatını necə qarşıladınız?

- Yeni məşqçilərimizlə köhnə məşqçilərimiz arasında dağ boyda fərq var. Baş məşqçi Mövlud müəllim 2017-ci ildə də komandamızda işləyib. Onun dövründə möhtəşəm nəticələrim olub. Fikrimcə, yeni məşqçilər sayəsində hamı bol uğur qazanacaq.

 - Keçmiş məşqçi heyətinin işində hansı nöqsanları müşahidə edirdiniz?

- Düzgün proqram yox idi. Həm fiziki hazırlıq, həm də kimono hazırlığı qaydasında deyildi. Biz daha əvvəl 8-10 "randori" edirdik, bunu 4-5-ə salmışdılar. Bu, bizi günü-gündən arxaya atırdı. Ümumiyyətlə, komandada onlara inam yox idi. Federasiya əvvəlki məşqçi heyəti üçün bütün şəraiti yaratmışdı, amma komanda Olimpiadada heç bir uğur qazana bilmədi.
İndiki məşqçilərə isə güvən böyükdür. Onun nəticəsi idi ki, ilk yarışımda çempion oldum.

Sahib Əsədbəyli
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

Facebookdan bizi izləməyi unutmayın.
X