Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışın son günündə daha 4 təmsilçimiz mübarizəyə qoşulub.
Samboçularımızın hamısı çıxışını medalla tamamlayıb. Yeniyetmələrin yarışında Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc medala sahib çıxıb. Gənclərin turnirində isə Kamran Qasımov (71 kq) və Adil Adilzadə (88 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan samboçularının dünya birinciliyindən qazancı 6 medal olub. İlk gündə yarışan yeniyetmə təmsilçilərimizdən Sahib Babayev (53 kq) gümüş, Əli Hacıyev (58 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, ölkəmiz dünya çempionatında 12 samboçu ilə təmsil olunub.