Cüdo üzrə Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak üçün qeydiyyatdan keçən ölkələrin sayı artır.
Fanat.Az xəbər verir ki, bu günə qədər 20 ölkə yarışa qatılacağını açıqlayıb. Bunlar Yaponiya, Gürcüstan, Belçika, Kolumbiya, Çexiya, Danimarka, Böyük Britaniya, Yunanıstan, İsrail, Kosovo, Qırğızıstan, Litva, Serbiya, Sloveniya, Tacikistan, Ukrayna, Özbəkistan, Venesuela, Kanada və Bolqarıstandır.
Ümumilikdə 107 (69 kişi, 38 qadın) cüdoçunun adı siyahıda yer alıb.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si Zəfər Günü öncəsi - 5-7 noyabrda baş tutacaq.
Sahib Əsədbəyli