Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək 23 yaşadək cüdoçular arasında Avropa çempionatı üçün heyəti məlum olub.
Fanat.Az xəbər verir ki, məşqçilər korpusu yarışda 8 (4 oğlan, 4 qız) cüdoçuya şans verəcək.
Oğlanların turnirində Elçin Hüseynov (66 kq), Məhərrəm İmamverdiyev, Zelim Tskayev (hər ikisi 81 kq) və İmran Yusifov (+100 kq) qüvvəsini sınayacaq.
Qızlardan isə Ramilə Əliyeva, Aydan Vəliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı 5-7 noyabrda keçiriləcək.
Sahib Əsədbəyli