Oktyabrın 21-24-dək Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan yarışda 15 nəfərdən ibarət heyətlə təmsil olunacaq. Komandamızın tərkibində Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (73 kq), Mübariz Cəfərov (81 kq), Vüsal Cəfərov, Fərhad Rəcəbli, Mahir Ağamirzəyev, Rövşən Bağırov (90 kq), İmran İmanov, Tural Safquliyev (100 kq), Yamən Fətiyev, Azər Əsgərov, İntiqam Ələkbərov və Ayaz Umudəliyev (+100 kq) qələbə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Fərhad Rəcəbli 9 dəfə analoji yarışın qalibi olub.
Dünya çempionatında 44 ölkədən ümumilikdə 396 cüdoçunun iştirakı gözlənilir.
Sahib Əsədbəyli