Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edəcəyini açıqlayan ölkələrin sayı 26-ya çatıb.
Fanat.Az xəbər verir ki, bunlar Avstraliya, Avstriya, Belçika, Kanada, Kolumbiya, Xorvatiya, Çexiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İsrail, Yaponiya, Kosovo, Qırğızıstan, Litva, Moldova, Rusiya, Seneqal, Serbiya, Sloveniya, Tacikistan, Ukrayna, ABŞ, Özbəkistan və Venesueladır.
Ən geniş heyət Rusiya millisindədir. Komanda paytaxtımızda 25 cüdoçu ilə təmsil olunmağı planlaşdırır. Yaponiya yarış üçün 19, Gürcüstan 12 idmançı sifariş verib.
Ümumilikdə bu günədək 144 (91 kişi, 53 qadın) cüdoçunun adı iştirakçılar siyahısında yer alıb.
Azərbaycan yığmasının heyəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək.
Sahib Əsədbəyli