Azərbaycanın veteranlardan ibarət cüdo yığması Portuqaliyanın paytaxtı Lissabonda keçirilən dünya çempionatında ilk medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 1-ci yaş qrupu üzrə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev yarışın bürünc mükafatına sahib çıxıb.
Üçüncü yaş qrupu üzrə 90 kq-da çıxış edən Mahir Ağamirzəyev isə medalın bir addımlığında uduzaraq beşinci yerlə kifayətlənib.