Azərbaycanın veteran cüdoçuları Portuqaliyanın paytaxtı Lissabonda keçirilən dünya çempionatında daha dörd medal qazanıb.
Fanat.Az xəbər verir ki, 4-cü yaş qrupu üzrə 60 kiloqram çəki dərəcəsində çıxış edən Babək Hacıyev görüşlərinin hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
5-ci yaş qrupu üzrə 81 kq-da yarışan Mübariz Cəfərov gümüş mükafat əldə edib. Eyni yaş qrupunda Müşfiq Cəfərov (73 kq) və Azər Əsgərov (+100 kq) bürünc medalla kifayətləniblər.
Beləliklə, komandamızın medallarının sayı 5-ə çatıb.
Xatırladaq ki, oktyabrın 22-də tatami üzərinə çıxan təmsilçilərimizdən Tural Səfquliyev (1-ci yaş qrupu, 100 kq) bürünc mükafata sahib çıxıb.
Dünya çempionatına sabah yekun vurulacaq.