Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edəcəyini açıqlayan ölkələrin sayı 29-a çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı, Avstraliya, Avstriya, Almaniya, Belçika, Kanada, Kolumbiya, Xorvatiya, Çexiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İsrail, Yaponiya, Kosovo, Qırğızıstan, Litva, Moldova, Rusiya, Seneqal, Serbiya, Sloveniya, Tacikistan, Ukrayna, ABŞ, Özbəkistan, Monqolustan və Venesuela komandaları paytaxtımızda mübarizə aparacaq.
Ümumilikdə bu günədək 203 (127 kişi, 76 qadın) cüdoçunun adı iştirakçılar siyahısında yer alıb.
Ölkəmiz yarış üçün 28 (20 kişi, 8 qadın) cüdoçu sifariş verib.
Digər yığmalardan ən geniş heyət Rusiya millisindədir - 25 nəfər.
Monqolustan turnirə 23, Yaponiya 19 cüdoçu ilə qatılmağı planlaşdırır.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək.
Sahib Əsədbəyli