Cüdo üzrə Gürcüstan millisinin üzvü, Olimpiya çempionu Laşa Bekauri Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə qatılmayacaq.
Fanat.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində Tokio-2020-nin qızıl medalını qazanan 21 yaşlı idmançı əməliyyat olunub. O, ilin sonunadək tatamidən uzaq qalacaq.
Paytaxtımızdakı yarışda Bekaurini dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Luka Maysuradze əvəzləyəcək.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda təşkil olunacaq.