Türkiyə komandası Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, "ay-ulduzlular" yarışda iki cüdoçu ilə təmsil olunacaq. 81 kiloqram çəki dərəcəsində son Avropa çempionatının qalibi Vedat Albayrak, +100 kq-da isə Cemal Erdoğan qələbə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda təşkil olunacaq.
Sahib Əsədbəyli