Noyabrın 27-də Rusiyanın Ufa şəhərində qarışıq komandalar arasında Avropa çempionatı keçiriləcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu günədək 14 ölkə yarışda iştirak edəcəyini açıqlayıb. Lakin həmin siyahıda Azərbaycan komandasının adı yoxdur.
Cüdoçularımız Ufaya yollanacaqmı?
Kişilərin baş məşqçisi Mövlud Mirəliyev saytımıza açıqlamasında bununla bağlı hələ yekun qərar verilmədiyini bildirib: "Hələlik nə Avropa çempionatında, nə də Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edib-etməyəcəyimiz məlum deyil. Qadınların ağır çəkisində İrina Kindzerskanın olmaması narahatlıq doğurur. Yəqin ki, yaxın zamanda yekun qərar veriləcək".
Sahib