14:31 20.11.2021 1120

Kifayət Qasımova karyerasını bərpa edə bilər - MÜSAHİBƏ

Azərbaycanın qadınlardan ibarət cüdo millisinin keçmiş üzvü, dünya və Avropa çempionatlarının mükafatçısı Kifayət Qasımovanın Fanat.Az-a müsahibəsi

- Kifayət xanım, çoxdandır adınız idmanla bağlı demək olar ki, heç yerdə çəkilmir. Kölgədə qalmağınız nə ilə bağlıdır?
- 2017-ci ildə karyeramı bitirdikdən sonra federasiyanın o vaxtkı vitse-prezidenti Sadıq Sadıqov mənə qalıb məşqçi işləməyimi təklif etmişdi. O vaxt könülsüz yanaşdım. 2019-un sonunda həm məşqçi, həm də idmançı kimi qayıtmaq istədim, federasiya razılıq vermədi.

- Niyə şərait yaratmadılar?
- Bilmirəm. Dedilər ki, indi ehtiyac yoxdur. Bəlkə də, doğrudan belə imiş. Ya da ola bilsin, iki il əvvəl təklifi qəbul etməməyim xoşlarına gəlməyib.

- Artıq federasiya rəhbərliyi dəyişib. Yenidən təklif olsa, dəyərləndirərsiniz?
- Təklif var. Növbəti ilin əvvəlindən yığmaların birində məşqçi işləyəcəyəm. Ya yeniyetmələrdən ibarət komandanın baş məşqçisi, ya da böyüklərin köməkçi-məşqçisi olacağam. 

Bildiyimə görə, yeni federasiya prezidenti Rəşad Nəbiyev vaxtilə cüdo ilə məşğul olub. İnanıram ki, onun gəlişi bizə uğur gətirəcək. 

- İki il öncə həm də idmançı kimi qayıtmaq istəyiniz Tokio-2020 Olimpiadası ilə bağlı idi?
- Bəli. Qarşıda turnirlər var idi, bir-ikisində yer tutsam, Olimpiadaya vəsiqə qazana bilərdim. Kim bilir, bəlkə, orda da medalçı olardım.

- Aradan iki ildən çox vaxt keçmişdi. Üstəlik, o vaxt 36-37 yaşınız olacaqdı. Artıq gec deyildi?
- Xaricdə irəli yaşlarda o qədər nəticə qazanan idmançılar var ki. Biri Pekin-2008-də bizim çəkidə finala çıxan niderlandlı Debora Qravensteyn. O vaxt 38 yaşı var idi.

- 34.
- Olsun 34 yaş. 36-37, hətta 40 yaşda da nəticə qazanmaq mümkündür. Mənim böyük təcrübəm var. Üstəlik, güləşmədiyim dövrlərdə cüdodan tam uzaq qalmamışam. Qardaşımın hazırlaşdırdığı uşaqlara bir müddət təlim keçmişəm, özüm də çalışmışam formadan düşməyim. Hətta indi də fikrim var ki, yığmada məşqçi işləyə-işləyə güləşim. Qayıtsam, 63 kiloda çıxış edəcəyəm. O çəkidə də fransalı Olimpiya çempionu Klaris Aqbenenudan başqa elə güclü idmançı görmürəm. Məncə, bacararam.

- Hiss olunur ki, Olimpiya medalınızın olmamasına görə hələ də təəssüflənirsiniz.
- Əlbəttə. Həm də çox. Çünki mənim buna yetərincə potensialım var idi. Dünya və Avropa çempionatlarında yer tutan idmançı Olimpiadanın da medalın ala bilər. Adamın bir az da şansı olsun gərək. Hər iki Olimpiadanın startındaca yaponlarla düşdüm. Hətta bir halda hakimlər xalımı saymadı. Pekində məni udan yapon sonradan yerli idmançı ilə düşmüşdü. Orda da hakimlər onu sıxdı. Yoxsa o vaxt qayda elə idi ki, uduzduğum idmançı yarımfinala çıxsa, mən də bürünc medal üçün güləşəcəkdim. Həmin Olimpiadanın çempionu olan italiyalı Culiya Kvintevalle udduğum rəqib idi.

- Görünür, cüdo yarışlarını izləyirsiniz.
- Desəm ki, hər dəfə izləyirəm, yalan olar. Amma Tokiodakı Olimpiya Oyunlarını izlədim.

- Sizcə, Olimpiadada bizim cüdoçularda nə çatmadı?
- Dəqiq fikir bildirə bilmərəm. Amma ordakı idmançılarımızın çoxu medal verə biləcək gücdəydi. Məsələn, Rüstəm Orucov, Orxan Səfərov kifayət qədər təcrübəli, uğurlu cüdoçulardır. Hər halda hazırlıq düzgün getməyib.

- Olimpiadadakı 9 nəfərlik cüdo komandamızdan yalnız qadınların ən ağır çəkisində mübarizə aparan milliləşdirilmiş ukraynalı İrina Kindzerska medal qazandı. Yerli qadınlar, həmçinin aşağı yaş qruplarındakı qızlar arasında isə ara-sıra nəticələr olsa da, stabillik yoxdur. Niyə hələ də Azərbaycanda sizin səviyyədə qadın cüdoçu yetişmir?
- Bilirsiniz, nəticə əsasən idmançının öz xarakterindən asılıdır. Hər şeyi məşqçinin üstünə atmaq doğru olmaz. İdmançı gərək işinə məsuliyyətli yanaşsın. Mən döyüşən vaxtlarımda kənar heç nə haqda düşünməməyə çalışırdım. Bütün diqqətim idmanda idi. Çalışıb-vuruşduğum o idi ki, günü-gündən daha da yaxşı olum.

- Olimpiyaçı cüdoçuları sonradan paralimpiyaçılar arasında çıxış edən görürük. Bu da bəzən birmənalı qarşılanmır. Sizin bu məsələyə münasibətiniz necədir?
- Görürlər ki, burda alınmır, keçirlər ora da. Neyləsinlər, qınamıram, hamısı kasıb uşaqlardır. Gün-güzəran qurmaq istəyirlər.

- Hətta sizinlə bir dövrdə çıxış edən bəzi cüdoçular da sonradan paralimpiyaya keçdi.
- Açığı, mənim özümə də təklif olunmuşdu. Amma mən bilirəm axı orada güləşən idmançıların görməsində müəyyən problemlər olmalıdır, məndə isə elə çətinlik yoxdur. Həm də yetərincə nəticələrim var. Hamı məni tanıyır. Ora getməyim düz gəlməzdi.

- Bir neçə gün sonra doğulduğunuz Kəlbəcər rayonunun işğaldan azad olunmasının ilk ildönümünü qeyd edəcəyik. Oranı necə xatırlayırsınız? İnfrastruktur bərpa olunduqdan sonra doğma yurdunuzla bağlı hansısa planlarınız, arzularınız varmı?
- O vaxt yaşım az olsa da, bəzi şeylər, həmçinin o qanlı-qadalı günlər yadımdadır. Biz ordan elə bir vaxt və şəraitdə çıxmışdıq ki, hər an ölə bilərdik. Yaxınlarını itirən, soyuqdan donan insanların ah-naləsi hələ də gözümün qarşısındadır.

Bilirsiniz, mən ermənilərlə görüşə necə hirslə çıxırdım?! İkiqat yox, beş, onqat artıq güc hiss edirdim o zaman. Onlarla iki dəfə qarşılaşmışam, ikisində də necə deyərlər, tatamiyə çıxmağa peşman etmişəm. Bir dəfə hətta rəqib üçün təcili tibbi yardıma ehtiyac duyuldu. 

Gələcəkdə şərait yaratsalar, gedib orada işləməyə hazıram. Məsələn, Olimpiya kompleksi tikilsə, arzu edərəm, məni ora direktor təyin etsinlər. Əlimdən gələn qədər çalışaram orada idmanı inkişaf etdirim. İdmanımızda rəhbər işlərdə qadınlar azdır, bizə də şərait yaradılmalıdır ki, özümüzü doğruldaq.

- Cüdo zalı açmaq ideyasına necə yanaşırsınız?
- Niyə də yox. İstərdim. Mən bir ara Bakıda da zal açmaq istəyirdim. Amma federasiya yenə şərait yaratmadı.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

Facebookdan bizi izləməyi unutmayın.
X