
Dekabrın 7-də kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışına start verilib.
Fanat.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan turnirin ilk günündə qadınların 48 və 63, kişilərin isə 60 və 81 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Qadınlarda Aydan Vəliyeva (48 kq) və Aytac Qardaşxanlı (63 kq), Kişilərdə isə Balabəy Ağayev (60 kq) və Elcan Hacıyev (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, dekabrın 9-dək davam edəcək turnir ölkədəki karantin rejimi ilə əlaqədar olaraq azarkeşsiz keçirilir.
Sahib