16:56 11.12.2021 1516

"Kəramətdən bunu gözləmirdik" - MÜSAHİBƏ

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının məşqçisi Elçin İsmayılovun Fanat.Az-a müsahibəsi

- Elçin bəy, Azərbaycan Kubokunun yekunlarını dəyərləndirərsiniz.
- Yarış əvvəlki illər səviyyəsində olmadı. Bunu da əvvəlcədən gözləyirdik. Ancaq rəqabət var idi. Kişilərin bəzi çəki dərəcələrində 50-55 idmançı çıxış edirdi. Təəccübləndirən nəticələr də oldu. Məsələn, 66 və 73 kiloqram çəki dərəcəsində başqa idmançıların çempion olacağı ehtimal edilirdi.

- Konkret hansı idmançıları nəzərdə tutursunuz?
- 66-da ən real namizəd İbrahim Əliyev idi. O, üçüncü yeri tutdu. 73-də isə Telman Vəliyev favorit sayılırdı. O, ümumiyyətlə yer tuta bilmədi. Doğrudur, 66-da qızıl medal alan Kəramət Hüseynov millinin aparıcı üzvlərindəndir. Ancaq yeni çəkidə güləşdiyindən, ondan bu nəticəni gözləmirdik. Ən yaxşı halda "üçlüy"ə düşməsini proqnozlaşdırırdıq.

- Kəramət qarşıda 66 kq-da mübarizə aparacaq, yoxsa bu sadəcə çəki salmamaq üçün atılmış addım idi?
- Xeyr, 60 kiloya qayıdacaq. Bu yarışda çəki ilə bağlı idmançılara sərbəstlik verilmişdi.

- Yığmanın əksər aparıcı üzvlərinin qatılmaması yarışın əhəmiyyətini azaltmırmı?
-  Deməzdim. Həmin cüdoçuların bəzisi Avropa klub turnirinə görə çempionatı buraxmalı oldu. Belə olması bir tərəfdən də yaxşıdır.

- Hansı baxımdan?
- Gənc idmançıların özünü göstərməsi üçün bir fürsətdir.

- Rüfət İsmayılov son zamanlar yaxşı təsir bağışlayır. Bu yarışda da baş mükafata sahib çıxdı. Demək olarmı ki, artıq 90 kiloda da rəqabət yaranacaq?
- Mümkündür. Rüfət xeyli müddət məşqlərdən uzaq qalmışdı. Amma uğuru gözlənilməz olmadı. Biz o çəkidə üçüncü olan gənc idmançı Vüqar Talıbovun daha yaxşı nəticə göstərəcəyinə inanırdıq. İstedadlı idmançıdır. Yəni qarşıda 90 kiloda daha böyük rəqabət yarana bilər. 

- Vüqar Talıbov sürətlə çəki dəyişir. İdmançı qısa müddətdə 73 kilodan 90-a keçdi. Bu çəki ona uyğundurmu?
- Gənc idmançıdır. Çəkisi süni şəkildə qalxmayıb. Düzdür, boyu balacadır. Amma dünya praktikasında bu çəkidə uğurlu olan bəstəboy cüdoçular var. Məsələn, macarıstanlı Olimpiya, dünya mükafatçısı Kristian Tot. Hər şey döyüş tərzinə bağlıdır. Bizim Olimpiya çempionu Elnur Məmmədlinin özü 60-dan birbaşa 73-ə keçmişdi. 

- Ümumilikdə yarışın yekunlarına əsasən qarşıdakı beynəlxalq turnirlər üçün heyət müəyyənləşməlidir. Seçim necə aparılacaq?
- Aşağı çəkilərdə ilk üç yeri tutanlar reytinq turnirlərinə aparılacaq. Ağır çəkilərdə rəqabət zəif olduğuna görə seçim imkanımız məhduddur. Orada məşq prosesinə əsasən qərar veriləcək.

- Yığmanın növbəti ildə ilk iştirak edəcəyi yarış hansı olacaq? 
- Gələn ilin təqvimində ilk turnir Portuqaliya Qran-Prisidir. Qısa müddət sonra Parisdə nüfuzlu "Böyük Dəbilqə" yarışı keçiriləcək. Hər ikisində iştirak etməyi planlaşdırırıq. Amma təbii ki, əsas gücü Parisə verəcəyik.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

13:20

"Kimsə sizə "Paraqvay öldü" desə, dərhal inanmayın"

12:56

"Sabah" portuqaliyalı futbolçu transfer etdi - RƏSMİ

12:19

Neymar yenə oynamadı, Ançelotti onun durumuna aydınlıq gətirdi

Facebookdan bizi izləməyi unutmayın.
X