13:50 21.01.2022 362

Cüdoda yeni qaydalar

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti Olimpiya dövrü (2022-2024) üçün yeni qaydalar tətbiq edib.

Fanat.Az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yeni yarış qaydalarına əsasən, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər.

Eyni zamanda, bəzi fəndləri əks tərəfə tətbiq etdikdə qiymətləndirilməyəcək.

İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək.

Bundan əlavə, kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət "şido" (xəbərdarlıq) ilə cəzalandırılacaq.

Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.

Böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk "100-lük"də olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında ilk "16-lıq"da olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaq.

2024-cü il üçün Olimpiya Oyunlarının təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 23 iyun 2024-cü ildə başa çatacaq. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya reytinq sıralamasında ilk "17-lik"də yer almaq lazım olacaq. İlk "17-lik"də eyni ölkədən iki idmançı yer alarsa, onlardan Olimpiya Oyunlarında yalnız biri iştirak edə bilər və bu zaman sıralamaya uyğun olaraq, ilk 17-likdə təmsilçisi olmayan və reytinqdə növbəti ən yüksək yerdə olan ölkənin idmançısı lisenziya əldə edəcək. Bundan başqa, qitələrə müvafiq kvotalar da ayrılacaq və idmançı bu kvotalar üzrə də Olimpiya Oyunlarına lisenziya əldə edə bilər.

Yeni yarış və idman qaydaları 28-30 yanvarda Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-Pridən etibarən tətbiq edilməyə başlanacaq.

Azərbaycan Cüdo Federasiyası İJF-nin tətbiq etdiyi son dəyişikliklər barədə hakimlər heyəti, milli komandanın məqşçiləri və idmançıları, həmçinin klub, cəmiyyət və müxtəlif idman təşkilatlarının cüdo üzrə məşqçiləri və mütəxəssisləri üçün növbəti həftədən etibarən beynəlxalq və daxili seminarlar təşkil edəcək, həmçinin izahedici video və çap materialları da hazırlanacaq.

Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2022
10:34

Van Deykin xəyalındakı komanda - ADLAR

10:17

AFFA-nın baş katibi Tovuz və Gəncədə olub - FOTOLAR

09:59

Azərbaycanlı qrossmeyster İtaliyada üçüncü oldu

09:31

Klopp mövsümün ən yaxşısı seçildi

09:00

"Qarabağ" "Qızıl dubl", "Zirə" ilk titul arzusunda - YENİLƏNİR

08:00

"Barselona"nın yeni transferi - monteneqrolu gözəl

01:30

Türkiyə Kubokunun sahibi bəlli oldu

00:55

Morata İngiltərəyə köçür

00:20

"Çelsi"də Abramoviç dövrü rəsmən bitdi

26 May 2022
23:44

Azərbaycan millisi İslamiadanın hazırlıqlarına başladı

23:04

Çimərlik güləşçilərimiz üçün ilin ilk sınağı

22:28

"Mənim yeni çarpaz bağım və daha bir kubokum var" - Zlatan İbrahimoviç

21:43

AFFA-nın baş katibi Gəncəyə getdi

21:08

Paralimpiya çempionlarımızdan İsveçrədə qızıl medal

20:47

Aydın və Günaydan qələbə, derbi "sülh"lə nəticələndi

20:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

19:47

Konfrans Liqası: Həftənin ən yaxşısı bəlli oldu

19:24

Şeyxlər "Milan"ı almaqdan imtina edirlər

18:58

Azərbaycan idmançısı İsveçrədə qızıl medal qazandı

18:29

"Nyukasl"ın 60 milyonluq hədəfi

17:59

"Barselona" 18 yaşlı futbolçunu istəyir

17:45

"Neftçi"nin baş məşqçisi "Səbail"də - RƏSMİ

17:39

Patrik Şiklə müqavilə yeniləndi - RƏSMİ

17:22

İtaliya millisinin üzvü "Mançester Yunayted" yolunda

17:05

Avropa çempionatında ölkəmizi kim təmsil edəcək?

16:51

"Bayer" hücumçusunu bu qiymətə satacaq

16:30

Ançelotti "Roma"nı təbrik etdi

16:15

Su İdmanı Sarayındakı qiymət artımının səbəbi nədir? - AÇIQLAMA

15:54

MY Bundesliqanın "ən yaxşı"sını bu qiymətə alır

15:03

"Səbail" baş məşqçi seçimini etdi

14:23

"Arsenal"dan 3 ildir oynatmadığı futbolçuya yeni müqavilə

14:06

Elxan Məmmədov Ukraynada nazirlə görüşdü

13:49

Azərbaycanın 8 qadın güləşçisi Qazaxıstana gedəcək

13:32

"Roma" bunu bacaran ilk komanda oldu

13:14

Xumar Qədimovanın ÇL-in finalı ilə bağlı proqnozu

12:55

"Biz tarix yazmalıydıq və bacardıq" - Joze Mourinyu

12:39

Çeferin Rusiya klubları ilə bağlı vəziyyəti dəyərləndirdi

12:23

Yürgen Klopp: "Məzar daşıma bunun yazılmasını istəyərdim..." - MÜSAHİBƏ

12:08

Millimizin futbolçusu klubu ilə müqaviləni yenilədi

12:00

Günün transfer xəbərləri: Zlatan qərar verəcək

Facebookdan bizi izləməyi unutmayın.
X