
Yanvarın 28-də Bakıda gənclər arasında Bakı birinciliyinə start veriləcək.
Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Birincilikdə paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışda qızlar -44, -48, -52, -57, -63, -70, -78 +78 kq, oğlanlar isə -55, -60, -66, -73, -81, -90, -100, +100 kq çəki dərəcələrində güclərini sınayacaqlar.
Paytaxt birinciliyində 2002-2004-cü il təvəllüdlü idamançılar iştirak edəcəklər.
Yarışın əsas məqsədi fevral ayının 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimidir.