
Azərbaycanın kişilərdən ibarət cüdo millisinin 17-19 fevralda Təl-Əvivdə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yığma yarışda 12 nəfərlik heyətlə təmsil olunacaq. Millinin əsas heyət üzvlərindən yalnız Orxan Səfərov İsrail paytaxtına yollana bilməyəcək. 30 yaşlı Avropa çempionu zədə səbəbindən yarışı buraxacaq.
Mövlud Mirəliyevin başçılıq etdiyi məşqçilər korpusu turnirdə Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Qeyd edək ki, bu günədək yarışda iştirak üçün 34 ölkədən 322 cüdoçu qeydiyyatdan keçib.
Sahib