18:58 29.04.2022 1008

AÇ: Cüdoçularımız medalı əldən verdilər

Azərbaycan cüdoçuları Balabəy Ağayev və Yaşar Nəcəfov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıblar.

Fanat.Az xəbər verir ki, 60 kq-da yer alan Ağayev belçikalı Yorre Verstraetenlə üz-üzə gəlib. Rəqibinə "qızıl xal" bölümündə "vaza-ari" xalı ilə uduzan 23 yaşlı cüdoçumuz beşinci yerlə kifayətlənib. 

66 kq-da mübarizə aparan Nəcəfov isə italiyalı Elios Manzi ilə gücünü sınayıb. "Qızıl xal"adək uzanan görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Beləliklə, millimiz qitə çempionatının ilk yarış gününü medalsız başa vurub.

*** 15:58

Azərbaycanın iki cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Fanat.Az xəbər verir ki, kişilərin 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev Savva Karakizidi (Yunanıstan) və David Pulkrabeki (Çexiya) yensə də, 1/4 finalda Fransisko Qarriqosa (İspaniya) məğlub olub. Ağayev təsəlliverici görüşdə Tornike Tsjakadoea (Niderland) ilə dueldən qalib ayrılaraq bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb. 23 yaşlı cüdoçumuz burada Jorre Verstraeten (Belçika) ilə üz-üzə gələcək.

66 kq-da çıxış edən Nəcəfov ardıcıl olaraq Radu İzvoryanu (Moldova), Orlando Kazorla (Fransa), Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, yarımfinalda Boqdan Yadova (Ukrayna) məğlub olub. İdmançı bürünc medal uğrunda italiyalı Elios Manzi ilə qarşılaşacaq.
 
Digər təmsilçilərimiz isə erkən mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar.

İbrahim Əliyev (66 kq) 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Tal Flikerə (İsrail) uduzub.

Əhməd Yusifov (60 kq) Riko Bernabeunu (İspaniya) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda Jorre Verstraetenə yenilib.

Qadınlardan 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 final mərhələsində Xuliya Figeroaya (İspaniya), Ramilə Əliyeva Katarina Koştaya (Portuqaliya) uduzub.

Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Görüşlər İdman TV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.

***

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 təmsilçisi tatami üzərinə çıxacaq.

Kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Balabəy Ağayev startda Savva Karakizidinin (Yunanıstan) müqavimətini qırmağa çalışacaq. Eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeu (İspaniya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

66 kq-da çıxış edən təmsilçilərimizdən Yaşar Nəcəfov Radu İzvoryanu (Moldova) ilə, İbrahim Əliyev Tal Flikerlə (İsrail) üz-üzə gələcək.

Qadınların 48 kiloqram çəkisində yarışan Şəfəq Həmidova Xuliya Figeroa (İspaniya), eyni çəkidəki Ramilə Əliyeva Katarina Koşta (Portuqaliya) səddini keçməyə çalışacaq.

Kişi cüdoçularımızın hamısı mübarizəyə 1/16 final mərhələsindən, qadınlar 1/8 finaldan qoşulacaq.

Görüşlər Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

Qeyd edək ki, üç gün davam edəcək qitə çempionatına Azərbaycan 11 (9 kişi, 2 qadın) cüdoçu ilə qatılıb. Yarışda 40 ölkədən ümumilikdə 361 idmançı medallar uğrunda mübarizə aparacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

Facebookdan bizi izləməyi unutmayın.
X