Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, qitə çempionatına 11 (9 kişi, 2 qadın) cüdoçu ilə qatılan Azərbaycan yığması yarışı 3 medalla tamamlayıb. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucovla (73 kq) Məmmədəli Mehdiyev (90 kq) bürünc mükafata sahib çıxıblar. Bu nəticə ilə milli ümumkomanda hesabında 8-ci yeri tutub.
İlk yerin sahibi 3 qızıl, 2 gümüş, 3 bürünc medalla Fransa olub. Niderland (2 qızıl, 2 gümüş, 1 bürünc) ikinci, Gürcüstan (2 qızıl, 2 bürünc) üçüncü nəticə göstərib.
Yalnız kişilərin sıralamasında isə ölkəmiz Niderland, Gürcüstan və İspaniyanı önə buraxaraq dördüncü pillədə qərarlaşıb.