Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığma komandası Polşada təlim-məşq toplanışı keçir.
Fanat.Az xəbər verir ki, Zakopane şəhərində təşkil olunan toplanışa baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında 15 idmançı qatılıb.
Qeyd edək ki, təlim-məşq toplanışına dünyanın müxtəlif ölkələrindən gənc idmançılar qatılıblar. Təlimlər may ayının 27-ə qədər davam edəcək.