
Bu gün Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku yarışı start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, iyunun 26-dək davam edəcək turnirdə Azərbaycanı məşqçi İmamverdi Məmmədovun rəhbərliyi altında yeddi cüdoçu təmsil edəcək.
Oğlanlar arasında Ruslan Səfxanov, Bəxtiyar Məmmədov (90 kq), Məhəmməd Məmmədzadə (+100 kq) güclərini sınayacaqlar.
Qızların yarışında isə Könül Əliyeva (48 kq), Lətifə Abbasova (57 kq), Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirdə 24 ölkədən ümumilikdə 227 idmançı iştirak edəcək.