17:34 08.07.2022 371

Uşaq və gənclərin inkişafında cüdonun rolu - Mütəxəssislər şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Cüdo Azərbaycanın Olimpiadalarda medalların keyfiyyətinə görə güləşdən sonra ən uğurlu olduğu növdür. Dördilliyin zirvə yarışında iki çempionumuz, iki gümüş, bir o sayda da bürünc medalımız var. Dünya və Avropa çempionatlarında qazanılan mükafatları da əlavə etsək, əminliklə deyə bilərik ki, Azərbaycan tək güləş və şahmat yox, həm də cüdo ölkəsidir.

Həmçinin Paralimpiya Oyunlarında cüdoçularımız bir qayda olaraq liderlər arasında yer alırlar. Son belə yarışın yekunlarına əsasən, ölkəmiz bütün rəqiblərini böyük fərqlə qabaqlayaraq komanda hesabında ilk pilləni tutdu. Xüsusi vurğulayaq ki, Azərbaycan tarixi sıralamada da 12 qızıl medalla cüdonun yaradıcıları yaponları belə üstələyərək zirvədə qərarlaşıb.

Ölkəmiz dünya cüdosuna üç fenomen idmançı - Barselona-1992-nin qalibi Nazim Hüseynov, Pekin-2008-in çempionu Elnur Məmmədli və ikiqat paralimpiya çempionu İlham Zəkiyevi bəxş edib. Təsadüfi deyil ki, adıçəkilən şəxslərin hər birinin adı dünya cüdosunun şərəf zalına daxil edilib.

Bu və digər tanınmış tatami ustalarının davamçıları ola biləcək gənclər indi də yetişməkdədir. Ötən ay Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında əldə olunan medallar da söylənilənin təsdiqidir. Fərdi yarışa 10 oğlan, 4 qız idmançı ilə qatılan Azərbaycan millisi yekunda 3 qızıl, 1 gümüş və 4 "bürünc" qazandı və komanda hesabında yalnız Fransadan geri qalaraq ikinci yeri tutdu. Oğlanların sıralamasında isə ölkəmiz zirvədə qərarlaşdı. Ardınca təşkil olunan qarışıq komanda yarışında bürünc medala sahib çıxan milli bununla da növbəti tarixi nəticəyə imza atdı. 

Məlumdur ki, son illərdə ölkədə cüdo ilə məşğul olanların sayında ciddi artım müşahidə olunur. Ümumilikdə, Azərbaycanda 10 min 708 rəsmi qeydiyyatda olan cüdoçu var. Bu, 10 milyon əhalisi olan ölkəmiz üçün kifayət qədər böyük rəqəmdir. Paytaxt Bakı və Sumqayıtla yanaşı, bölgələrdə də cüdoya maraq çox yüksəkdir. Regionlar üzrə cüdoçuların statistikası aşağıdakı kimidir:

Şimal-Şərq bölgəsi - 650 nəfər

Şimal-Qərb bölgəsi - 450 

Şimal bölgəsi - 478 

Qərb bölgəsi - 970 

Cənub bölgəsi - 770 

Aran-Qarabağ - 960 

Naxçıvan -530 

Bakı - 3400

Sumqayıt – 2500

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın cüdo növünün rolu, ölkədə uşaq və yeniyetmə cüdosu ilə bağlı mövcud vəziyyət, həllini gözləyən problemlər və digər məsələlər barədə uzun illərdir bu sahədə "külüng çalan" mütəxəssislərin fikirlərini öyrəndik.

Respublikanın əməkdar məşqçisi Tərlan Həsənov artıq 50 ildir ki, cüdo məşqçiliyi ilə məşğul olur. Yetirmələri arasında iki olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var.

Yarıməsrlik təcrübəyə söykənən fikirlərini bizimlə bölüşən Tərlan müəllim cüdonun uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı üçün ən effektiv idman növlərindən olduğunu söyləyir:

"Cüdo dünyada futboldan sonra ən populyar idman növüdür. Bunu şərtləndirən başlıca amil də cüdonun fəlsəfəsidir. Hörmət anlayışı cüdo fəlsəfəsinin əsasını təşkil edir. İstənilən cüdoçu tatamiyə çıxdığı ilk gündən bunu bilir və qarşısındakına hörmətini tərəddüdsüz şəkildə təzimlə ifadə edir. Tatami üzərində təvazökar olmaqdan başqa seçim yoxdur. Odur ki, uşaq nəinki cüdo ilə məşğul olmağı öyrənir, həm də cüdo ilə necə yaşamağın sirlərinə yiyələnir. Cüdo ilə məşğul olan şəxs daxili həqiqətini kəşf edərək lovğalanmadan balanslı həyat qura bilər".

Böyüklərdən ibarət Azərbaycan yığmasının hazırda aparıcı üzvləri olan ikiqat Avropa çempionu, dünya çempionatlarının ikiqat bürünc medalçısı Hidayət Heydərov və üçqat Avropa mükafatçısı Məmmədəli Mehdiyevin şəxsi məşqçisi olan 80 yaşlı mütəxəssis üzləşdiyi çətinlikləri bizimlə bölüşüb:

"Federasiyanın əvvəlki rəhbərliyi cüdonun inkişafı üçün az iş görmədi. Hətta deyərdim ki, xeyli tərəqqi müşahidə olundu. Dünya və Avropa çempionatlarında, Yay Olimpiya Oyunlarında medallar qazanıldı. Sadəcə, son - Tokio-2020 Yay Olimpiya Oyunlarında milli komanda istənilən kimi çıxış sərgiləyə bilmədi. 

Azərbaycanda indi heç vaxt olmadığı qədər kütləvilik var. Federasiyanın əvvəlki rəhbərliyinin dövründə cüdoya yazılan uşaqların sayı ildən-ilə artırdı. Hazırda 80-ə yaxın klub fəaliyyət göstərir. Yaxşı məşqçilərimiz də kifayət qədərdir. Diqqət artırılsa, hər şey yaxşı olacaq.

 

Mən "ağlamağ"ı sevən adam deyiləm. Mövcud imkanlarla mən və vaxtilə tələbələrim olan veteran cüdoçular ortaya müəyyən iş qoymağa çalışırıq. Amma, əlbəttə, problemlər çoxdur. "Kanokan TT" hazırda vaxtilə market kimi fəaliyyət göstərmiş balaca bir yerdə mövcudluğunu davam etdirir. Doğrusu, elə əvvəldən də əla şəraiti olan yerdə məşq keçməmişəm. Mən Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Murad Fətiyev kimi dünya səviyyəli cüdoçuları zirzəmi kimi yerdə yetişdirib üzə çıxartmışam. Ümidvaram, federasiya bizə dəstək göstərəcək. Tək bizə yox, mən çox istəyərəm, bütün klublara, cüdo bölmələrinə əsaslı diqqət ayrılsın".

"Qəbələ" İdman Klubunun cüdo üzrə məşqçisi Ramil İsmayılov isə cüdonun uşaq və yeniyetmələrə aşıladığı ən önəmli xüsusiyyətin özgüvən olduğunu bildirdi. 37 yaşlı mütəxəssisin fikrinə görə, cüdo ilə məşğul olan şəxs hərtərəfli inkişaf edir:

"Cüdonun digər idman növlərindən fərqi ondadır ki, burada fiziki inkişaf hərtərəfli getməlidir. Tatamidə duruş gətirmək üçün insanın bütün əzələləri güclü olmalıdır. Məsələn, boksçunun əsasən qarın, çiyin əzələləri inkişaf edirsə, cüdoçunun bunlarla yanaşı, bel, boyun əzələləri də güclü olur. Ümumi götürəndə, cüdo insanın özünü qoruması üçün yaradılıb. Cüdonun üstünlüyü odur ki, rəqibi zərərsizləşdirərkən onu əzmirsən, qırmırsan. Burada ancaq ağrıdıcı fəndlərdən istifadə edilir. Peşəkar idman sağlamlıq deyil. Düzünü desək, bu, belədir. Həvəskar şəkildə idmanla məşğul olmaq isə sağlamlığa dəstək olur. Bu isə təkcə cüdoya aid olan şey deyil. İstənilən idman növündə o sağlamlığı təmin etmək olar. Amma mənəvi tərəfdən cüdonun uşaqlara təsiri böyükdür. Məsələn, bir uşaq cüdoya gəlirsə, onda özünəinam yaranacaq. Çünki özünü müdafiə etdiyi fəndləri öyrənib mənəvi şəkildə güclənəcək. İnsan öz gücünü hiss edəcək. Cüdonun bir xüsusiyyəti var ki, bu idman növü ilə məşğul olan uşaqlar digər idman növləri ilə məşğul olanlardan daha tərbiyəli olur. Bunun başlıca səbəbi cüdonu dünyanın ən intizamlı xalqı olan yaponların icad etməsidir".

İsmayılov cüdonun uşaqlar arasında populyarlığından söz açıb:

 “Cüdo ölkəmizdə çox populyardır. Uşaqların ən çox maraq göstərdiyi idman növlərindən biridir. Bura güclü axın var. Hər yerdə bu belədir. Azərbaycanda isə belə görünür ki, cüdoçuların sayı futbolçulardan çoxdur. Çünki hansı müəllimə baxsan, ən azı 150-200 tələbəsi var. Yarışlardan, çempionatlardan bunu müşahidə edirik. Hazırda bizim zalda 200 uşaq məşq edir. Bir zal üçün bu rəqəm böyükdür. Sabunçu, Nizami rayonunda daha çoxdur. Valideynlərin niyə cüdonu seçməsi ilə bağlı sorğu etmişdik. Onların əksəriyyəti deyirdi ki, cüdoda olan nizam-intizam, tərbiyə bizi bura gəlməyə vadar edir. Müəllimin statusu yüksəkdir və uşaqlara onlara hörmət öyrədilir. Cüdoçulara tatamiyə, zala, rəqibə, komanda yoldaşına hörmət bünövrədən öyrədilir. Bütün bunlar valideynlərin xoşuna gəlir.

Burada geyim mədəniyyəti də var. Güləşçilərin geyimi çox zaman valideynlərin xoşuna gəlmir. Bir çoxu həmin geyimi ədəbsiz adlandırır. Amma cüdonun geyimi olduqca yaxşıdır və diqqət cəlb edir. İstər xanımlar, istər kişilər üçün bu geyim çox səliqəli görünür".

18 ildir cüdo məşqçiliyi ilə məşğul olan İsmayılov bu sahədə müşahidə etdiyi problemləri sadaladı:

"Dediyim kimi, Azərbaycanda cüdo çox populyardır. Təkcə mənim yanımda 200 nəfər məşğul olur. Ancaq uşaq məşqçilərinin əksəriyyəti bu sahə üzrə dolğun biliklərə sahib deyillər. Əksəriyyətinin bir prinsipi var: Uşaq məndən qorxsun ki, nəticə versin. Adətən bu, effekt verir. Uşaq məşqçisinin onu döyüb-söyməsindən ehtiyat etdiyindən, tatamidə az qala rəqibini parçalamaq həddinə çatır.  Ancaq bu, doğru deyil. Belə nəticədənsə, olmamağı yaxşıdır. İdmançı şəxsiyyət kimi formalaşmalıdır. Onunla arada elə bir bağ olmalıdır ki, nəticələr bir-iki dəfəlik yox, davamlı olsun. Ümumilikdə, təəssüf ki, bu sahədə elementar idman bilikləri olmayanlar çoxluq təşkil edir.

Digər problem isə ölkədə ümumən idmana və idmançıya yanaşmadakı bəzi yanlışlardır. Burada gərək idmançı nəticə versin ki, ona müvafiq qurumlardan diqqət ayrılsın. Bu da mənim fikrimcə, yanlış yanaşmadır. Belədə nəticələr təbii ki, istənilən səviyyədə, ardıcıllıqda olmayacaq.

Azərbaycan Cüdo Federasiyasının yeni rəhbəri Rəşad Nəbiyev hər şeydən öncə çox təvazökar insandır. Nazirin özü də vaxtilə cüdo ilə məşğul olub. Ötən aylar ərzində bu sahədə bir sıra işlər görülüb. Yığmaya gətirilən əcnəbi məşqçilər də təcrübəli mütəxəssislərdir. Elə məsələlər var ki, biz yerli məşqçilər bilmirik, onlar bilir. Lakin elələrı də var ki, əksinədir. Məsələn, əcnəbilərdə ən böyük problem mentaliteti bilməmələridir. Bunun üçün də yığmada onlarla yanaşı təcrübəli yerli mütəxəssislər olmalıdır. Hazırda da yığmada yer alan iki olimpiya mükafatçısının şəxsi məşqçisi Fərhad Məmmədovun milli komandanın məşqçilər korpusunda yer almaması anlaşılmazdır və böyük təəssüf doğurur".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Aprel 2024
09:00

İtaliya çempionunun transfer həmləsi - Siyahıda 5 futbolçu var

27 Aprel 2024
23:55

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

23:36

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

22:44

"Nə baş verdiyini bu gün desəm..." - Salah Kloppla niyə mübahisə edib?

22:27

Renat Dadaşov qol vurdu, komandası...

22:01

Salah Kloppla mübahisə etdi

21:43

Renduliç "Sabah"ı 3-cü pilləyə yüksəldən qələbəni dəyərləndirdi

20:53

"Rəqib qapıçının çıxışı möhtəşəm idi" - Diniyevdən məĝlubiyyət şərhi

19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

Facebookdan bizi izləməyi unutmayın.
X