14:36 14.10.2022 1265

Daşkənd mundialına sözardı: Azərbaycan millisi ilin əsas sınağından üzüağ çıxa bilmədi

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Oktyabrın 6-dan 13-dək Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında cüdo üzrə növbəti dünya çempionatı keçirildi.

Budəfəki mundialda ümumilikdə 82 ölkə iştirak etdi ki, bu, son 27 ildə ən aşağı göstərici idi. Maraq üçün qeyd edək ki, 2018-ci ildə Bakıda baş tutan analoji yarışa 124, Tokio-2019-a 143, ötən il Budapeştdə təşkil DÇ-yə isə 118 ölkə qatılmışdı.

Həmçinin bir çox çəkilərdə əsas favoritlərin müxtəlif səbəblərdən mundialı buraxdığını da vurğulamaq yerinə düşər. Onlardan xüsusilə kişilərin 73 kiloqram çəki dərəcəsində ikiqat olimpiya, üçqat dünya çempionu yaponiyalı Şohey Ono, 100 kiloqramdan ağır çəkidə ikiqat olimpiya, onqat dünya çempionu fransalı Teddi Riner və onun həmvətəni qadınların 63 kiloqramında olimpiya və beşqat dünya çempionu Klaris Aqbenyunun yoxluğu diqqəti çəkdi. 

Səkkiz gün ərzində 15 (14 fərdi, 1 komanda) dəst medal uğrunda mübarizə getdi ki, mükafatlara 22 ölkənin idmançıları sahib çıxdı. Gözlənildiyi kimi, yekun sıralamada ilk pillədə cüdonun yaradıcıları və bütün dövrlərin əsas favorit ölkəsi olan Yaponiyanın milli komandası qərarlaşdı (6 qızıl, 4 gümüş, 3 bürünc). Braziliya (2 qızıl, 1 gümüş, 1 bürünc) ikinci oldusa, ev sahibi ölkə 2 qızıl medalla "3-lüy"ü qapadı.

Mundiala 9-u kişi, 2-si qadın olmaqla 11 nəfərlik heyətlə qatılan Azərbaycan millisinin qazancı isə iki bürünc medal oldu. Mükafatları yığmanın aktivinə Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) yazdırdı. Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında 17-ci, yalnız kişilərin sıralamasında isə 9-cu nəticə göstərdi.

Yekun Azərbaycan cüdosu adına yaxşı nəticə hesab olunmasa da, statistik nöqteyi-nəzərdən iki "bürünc"ü tam olaraq fiasko kimi qələmə vermək də doğru olmaz. Tarixə nəzər saldıqda, görərik ki, ölkəmiz əvvəllər də DÇ-lərdə böyük nailiyyətlərə imza atmayıb. Bunadək sadəcə bir dünya çempionluğumuz var (Rio-2013). Medal sayında ən yüksək göstərici isə 2017-ci ildə Budapeştdəki analoji yarışda qeydə alınıb (4 medal).

Lakin...

Yığma yarışa uzunmüddətli hazırlıq keçmiş, ölkə xaricində və Göygöldə bir neçə iddialı milli komandanın iştirakı ilə təlim-məşq toplanışları təşkil olunmuşdu. Hətta məhz ilin ən vacib yarışı olan mundiala hazırlığı əsas gətirərək məşqçilər heyəti heyətin aparıcı üzvlərindən heç kimin avqustda Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirakına razılıq verməmişdi. Federasiya rəsmisi, konkret, baş katib Rəşad Rəsullu mətbuata açıqlamalarında konkret hədəf qeyd etməsə də, onun istər yarışdan əvvəl, istərsə də sonra səsləndirdiyi fikirlərdən təmsil etdiyi qurumda mundialla bağlı gözləntilərin yüksək olduğu açıq-aydın sezilirdi.

Sitat:

"Dünya çempionatının nəticəsi qənaətbəxş sayıla bilər. Amma bizim gözləntilərimiz bundan artıq idi. Görünür, hansısa boşluqlar olub ki, uğurlu çıxış edəcəyini gözlədiyimiz idmançılar aşağı səviyyədə mübarizə apardılar. Hər yarışdan sonra olduğu kimi, məşqçilər heyəti dünya çempionatı ilə bağlı da hesabat verəcək, buraxılan səhvlər analiz olunacaq".

Həmçinin, 2018-ci ildə İran yığmasının heyətində dünya çempionu olan, ötən il isə Monqolustan bayrağı altında Tokio Olimpiadasının gümüş medalını qazanan Səid Mollayi ilə güclənən millinin mundialda daha yaxşı çıxış sərgiləyəcəyinə cüdosevərlərin də inamı böyük idi. 

Bəs gözləntilər niyə özünü doğrultmadı? Yığmada diqqət çəkən əsas problemlər nələr idi? 

Fanat.Az məsələni Azərbaycanın tanınmış cüdo mütəxəssisləri ilə müzakirə edib.

"Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautmanı gənclərdə işləyən vaxtdan tanıyıram. Mən Azərbaycanın gənclər millisin çalışdıranda o da Almaniyanın yığmasının baş məşqçisi idi. Haqqında "zəif məşqçidir" deyə bilmərəm. Kifayət qədər işini bilən mütəxəssisdir. Amma açığı, bu dünya çempionatında cüdoçuların hazırlıq səviyyəsi ürəkaçan deyildi".

Bunu saytımıza açıqlamasında cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının sabiq çalışdırıcısı Fərhad Məmmədov deyib.

45 yaşlı mütəxəssis medalçılar sırasına düşəcəyi gözlənilən yığmanın aparıcı üzvlərinin fiziki hazırlığının istənilən kimi olmadığını və yanlış taktika seçdiklərini düşünür:

"Yetirməm Rüstəm Orucov bir qayda olaraq tatamidə aqressiv, hərəkətli olub. Bu dəfə onu tam fərqli gördüm, çox dayandı. Həmçinin Səid Mollayi eyni tərzdə döyüşüb həmişə, o da bu dəfə çox sakit göründü, gözlədi. Belə idmançıların birdən-birə fərqli taktikada güləşməsi adətən uğurlu olmur. Hər halda, onlar çalışdırıcının tapşırığını yerinə yetiriblər.



Ümumi götürəndə, medalsız qalan aparıcı idmançıların fiziki hazırlığı, dözümlülüyü mənə zəif təsir bağışladı. 60 və 66 kilodakılardan, eləcə də Rüstəm və Məmmədəlidən medal gözləntiləri varıydı. Doğrudur, haqq üçün onların uduzduğu idmançılar sıradan rəqiblər deyildi. Demək olar, hamısı sonradan medal qazandı. Dünya çempionatı çox çətin, Olimpiada səviyyəsində yarışdır. Hətta bəzi çəkilərdə iddialı ölkələrin iki idmançısının olduğunu nəzərə alsaq, daha çətin keçir. Amma bu, o demək deyil ki, belə də olmalıydı. Dediyim kimi, bizim aparıcı, titullu, idmançılar öz potensiallarını doğru nümayiş etdirə bilmədi".

"Dünya çempionatı həqiqətən çox çətin yarışdır. Bu, dövrü turnirlərə qətiyyən bənzəmir. Amma istənilən halda, biz də komandamızın gücünə inanırdıq,  cüdoçularımızdan daha yaxşı nəticə gözləyirdik".

Bu fikirlər isə Azərbaycanın əməkdar məşqçisi, "Kanokan TT" klubunun yaradıcısı Tərlan Həsənova məxsusdur. 

80 yaşlı mütəxəssis öncə öz yetirmələrinin çıxışına diqqət çəkdi:

"Hidayət Heydərov artıq üçüncü dəfədir dünya çempionatının medalçısı olur. Bu, onu göstərir ki, idmançı xarakterli, stabildir. İtaliyalı Manuel Lombardo kifayət qədər güclü cüdoçudur, amma Hidayətin uda biləcəyi adamdır. Sadəcə, öz səhvinin qurbanı oldu. Mən əminəm ki, Lombardonu keçsəydi, ən azından finala kimi irəliləyəcəkdi. Çünki yarımfinaldakı Monqolustan cüdoçusu Tsend-Oçir Tsoqbatar Hidayətin vaxtilə udduğu rəqibdir. Doğrudur, həmin qələbə Hidayətə asan başa gəlməmişdi. Amma fiziki göstəricilərinə görə Lombardodan onu daha münasib rəqib sayırdım Hidayət üçün. Loru dildə deyim, Lombardo "bərk" idmançıdır, monqol daha "yumşaq". Hidayət belə rəqiblərlə daha rahat mübarizə aparır".

Həsənov digər yetirməsi Məmmədəli Mehdiyevin uğursuzluğuna isə belə münasibət bildirdi:

"Məmmədəli ilk mərhələdəcə çox çətin idmançı ilə qarşılaşmalı oldu. Bərabər döyüş getdi, sadəcə, "qızıl xal"da qarşılıqlı fəndə cəhddə rəqib daha hissiyyatlı oldu. Kristian Parlatinin sonradan finala çıxması da onun nə dərəcədə güclü rəqib olduğunu göstərdi. Təəssüf ki, cüdonun qaydalarına görə 1/4-dən tez uduzan idmançı heç bir halda bürünc üçün mübarizə apara bilmir".

Qocaman məşqçi millinin almaniyalı baş məşqçisi Riçard Trautmana vaxt verilməsini məqsədəuyğun sayır:

"Baş məşqçi altı aydan bir az çoxdur ki, təyin olunub. İstər məşq prosesində, istər yarış vaxtı müsbət məqamlar görmüşdüm. Uşaqların ne-vazada işləməyə üstünlük verməsi istənilən halda yaxşı məqamdır. Bunadək bizdə "parter"də bircə Hidayət özünü göstərib. Bu da onda ta əvvəldən olub. Bu, cüdoçudan yüksək güc, hissiyyat tələb edən məsələdir. Digər cüdoçularımız çox nadir hallarda yerdə uğur qazana biliblər. Son aylarda digərlərinin də artıq "parter"də özünü göstərməyə başladığını müşahidə eləmişəm. Getdikcə daha da təkmilləşdirəcəklərinə inanıram".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X