
Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının Ekvadorda keçiriləcək dünya çempionatı üçün heyəti məlum olub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışa 8 idmançı ilə qatılacaq. Onların hamısı oğlanlardır.
Baş məşqçi Elxan Məmmədov mundialda Turan Bayramov (60 kq), Qədir Hüseynov, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibova (+100 kq) şans verəcək.
Qeyd edək ki, dünya birinciliyi 10-14 avqustda keçiriləcək. İlk üç gündə fərdi, sonda isə qarışıq komanda mübarizəsi baş tutacaq. Yarışda 63 ölkədən 388 idmançının iştirakı gözlənilir.