20:48 24.08.2022 632

DÇ: Azərbaycan cüdoçusu "gümüş"lə kifayətləndi

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada fransalı Zakariya Diyolla üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə mğlub olan Oruczadə gümüş medalla kifayətlənib.

50 kq çəkidə çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya "ippon"la uduzaraq 5-ci yeri tutub. 

***

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yeniyetmələr arasında dünya çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda gürcüstanlı Saba Sabaşvili ilə qarşılaşıb. Rəqibinə iki "vaza-ari" xalı ilə qalib gələn Oruczadə finala vəsiqə qazanıb. 

Həlledici dueldə rəqib fransalı Zakariya Diyol olacaq.

50 kq çəki dərəcəsindəki Məhəmməd Məmişov isə 1/4 finalda özbəkistanlı Mircahon Sayfudinovu yensə də, finalın bir addımlığında Sebestyen Kollara (Macarıstan) uduzub. İdmançımız bürünc medal uğrunda David Leyva (ABŞ) ilə qarşılaşacaq.

Qeyd edək ki, beş gün davam edəcək dünya birinciliyində Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunur. Cüdoçular 24-27 avqust tarixlərində fərdi çıxışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.

***

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 2 təmsilçisi tatami üzərinə çıxıb.

Oğlanların 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov mübarizəyə 1/8 finaldan qoşulub. O, bu mərhələdə Emiliano Lattanzi (İtaliya) ilə üz-üzə gəlib və görüşdən qələbə ilə ayrılıb. Məmişovun növbəti mərhələdə rəqibi özbəkistanlı Mircahon Sayfudinov olacaq.

 55 kq çəkidəki Şahin Oruczadə 1/8-də erməni Vahe Ağasyanı, ardınca isə küveytli Ali Mahdini "ippon"la yenərək yarımfinala yüksəlib. Finalın bir addımlığında rəqib gürcüstanlı Saba Sabaşvili olacaq.

Qeyd edək ki, beş gün davam edəcək dünya birinciliyində Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunur. Cüdoçular 24-27 avqust tarixlərində fərdi çıxışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

Facebookdan bizi izləməyi unutmayın.
X