Braziliya yığmasının Titenin istefasından sonra boş qalan baş məşqçi postuna əsas namizədin kimliyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Globo Esporte" yayıb.
Xəbərə görə, Braziliya Futbol Federasiyası hazırda bir neçə əcnəbi mütəxəssisi nəzərdən keçirir. Mənbə cənubi amerikalıların əsas hədəfinin İspaniya millisindən ayrılan Luis Enrike olduğunu vurğulayıb. Enrikedən başqa, siyahıda PSJ və "Çelsi"nin sabiq çalışdırıcısı Tomas Tuxelin, son iş yeri "Real Madrid" olan Zinəddin Zidanın və argentinalı mütəxəssis Marselo Qalyardonun da adı var.
Xatırladaq ki, Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya oyunsonrası penaltilərlə uduzaraq mübarizəni dayandırıb.
Nihat