"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand DÇ-2022-də ən çox bəyəndiyi arxa xətt oyunçusunun kim olduğunu deyib.
Fanat.Az xəbər verir ki, məşhur veteran bunu öz kanalında yerləşdirdiyi videoda açıqlayıb:
"Yoşko Qvardiol dünya çempionatında ən sevimli müdafiəçim oldu. Onun hələ 20 yaşı var, amma böyüklərsayağı, təmkinli oyun sərgilədi. Topla sərbəst rəftar etməsi çox xoşuma gəldi. Düzdür, Argentina ilə matçda Messi onu bir neçə dəfə keçdi. Ancaq unutmayaq ki, Messidən danışırıq. Qvardiol sözün əsl mənasında, ortaya fərq qoymağı bacardı. Belə davam etsə, dünyanın ən yaxşı müdafiəçilərindən biri olmaq şansı çoxdur".
Qeyd edək ki, Xorvatiya seçməsi DÇ-nin bürünc medallarına sahib çıxıb.
Nihat