"Benfika"nın və Argentina seçməsinin yarımmüdafiəçisi Entso Fernandes karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 21 yaşlı dünya çempionu "Çelsi"yə keçməkdə qərarlıdır. Mənbə klubların danışıqlara başladığını, keçidin "zadəganlar"a təqribən 120 milyon avroya başa gələcəyini vurğulayıb.
Xatırladaq ki, Fernandes DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilib.
Nihat