12:00 26.05.2022 552

Günün transfer xəbərləri: Zlatan qərar verəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

London "Arsenal"ının rəsmi saytı: "Yarımmüdafiəçi Məhəmməd Elneni "Arsenal"la müqaviləsinin müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzadıb və daha bir mövsüm uzatmaq ehtimalı var. Misirli futbolçu 2016-cı ildən klubdadır". 

"BBC Sport" saytı: "Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etməkdə maraqlıdır. Futbolçu klubdan ayrılacaq 37 yaşlı Fernandinyonun əvəzedicisi kimi nəzərdən keçirilir".

Patrik Berger (Sport1): "Sparta"nın 19 yaşlı  hücumçusu Adam Qlojek 22 milyon avro müqabilində "Bayer Leverkuzen"ə keçəcək. Müqaviənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub".

"Zenit"in rəsmi saytı: "Maqomed Ozdoyev "Zenit"dən ayrılıb. 29 yaşlı yarımmüdafiəçi 2018-ci il fevralın 15-dən klubda çıxış edir. O, Sankt-Peterburq təmsilçisində 116 oyun keçirib, 8 qol vurub və 18 məhsuldar ötürmə verib".

Fabritsio Romano, insayder: "İbrahimoviç yaxın günlərdə futbol oynamağa davam edib-etməyəcəyinə qərar verəcək. Onun "Milan"la olan müqaviləsinin müddəti bir aydan sonra başa çatır".

Artyom Dzyubanın meneceri Yuri Belous: "Dzyubaya MLS-dən təklifin olduğunu istisna etmirəm. O, DÇ-2018-də Rusiya komandasının liderlərindən biri idi. MLS klublarından birinə düşə bilər. Niyə də yox?" 

"Barselona"nın prezidenti Joan Laporta: "Levandovskinin "Bayern Münhen"lə müqaviləsinin bitməsinə hələ bir il var, vəziyyət belədir. Vəssalam, daha heç nə deyə bilmərəm. Qoy hamı öz işi ilə məşğul olsun. O, çox yaxşı oyunçudur, amma klubu ilə müqaviləsi var".

"The Guardian" nəşri: "Tomas Souçekin klubu "Vest Hem"lə arasındakı münasibətlərİ gərginləşib. 27 yaşlı çexiyalı futbolçunun hazırda 2 illik müqaviləsi var. Bu da o deməkdir ki, indi klubu onu yaxşı qiymətə sata bilər".

"Cadena Ser" saytı: "Mançester Yunayted" "Vilyarreal"ın müdafiəçisi Pau Torreslə anlaşma əldə etməyə yaxındır. İspaniyalı müdafiəçi "Tottenhem Hotspur"un maraq dairəsində də olmasına baxmayaraq, "Mançester Yunayted"ə keçməkdə maraqlıdır".

"The iNews" saytı: "Nyukasl" "Atletiko Madrid"in müdafiəçisi Renan Lodini transfer etməyi düşünür. Madrid təmsilçisi futbolçunu yaxşı məbləğə satmağa hazırdır. Braziliyalı futbolçu özü də "Nyukasl"a keçməkdə maraqlıdır".

"Calciomercato" nəşri: "Çelsi" İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Mateys de Liqtlə fəal şəkildə maraqlanır. Niderlandlı futbolçu yayda klubu tərk edib "Real Madrid"ə qoşulacaq Antonio Rüdigerin əvəzinə nəzərdə tutulub".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2024
23:55

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

23:36

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

22:44

"Nə baş verdiyini bu gün desəm..." - Salah Kloppla niyə mübahisə edib?

22:27

Renat Dadaşov qol vurdu, komandası...

22:01

Salah Kloppla mübahisə etdi

21:43

Renduliç "Sabah"ı 3-cü pilləyə yüksəldən qələbəni dəyərləndirdi

20:53

"Rəqib qapıçının çıxışı möhtəşəm idi" - Diniyevdən məĝlubiyyət şərhi

19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

09:20

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

Facebookdan bizi izləməyi unutmayın.
X