
Futbol üzrə dünya çempionatının start götürməsi ilə idman aləmində böyük həyəcan yaşanır.
Fanat.Az xəbər verir ki, sayca 23-cü dəfə təşkil olunan mundialın ilk qarşılaşmasında ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasını sınağa çəkəcək.
Meksikanın əfsanəvi "Asteka" stadionunda baş tutacaq bu tarixi açılış oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Mübarizəni braziliyalı FİFA referisi Vilton Sampayo idarə edəcək.
A qrupunda yer alan komandalar turnirə uğurlu başlanğıc etmək niyyətindədirlər. Bu qrupda həmçinin Cənubi Koreya və Çexiya yığmaları da növbəti mərhələ üçün mübarizə aparacaqlar.
DÇ-2026
A qrupu, I tur
11 iyun
23:00. Meksika – CAR
Hakim: Vilton Sampayo (Braziliya)
Meksika. "Asteka" stadionu