
Futbol üzrə dünya çempionatının start götürməsi ilə idman aləmində böyük həyəcan yaşanır.
Fanat.Az xəbər verir ki, sayca 23-cü dəfə təşkil olunan mundialın ilk qarşılaşmasında ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasını sınağa çəkib. Meksika millisi matçda inamlı qələbəyə sevinib.
Mübarizəni braziliyalı FİFA referisi Vilton Sampayo idarə edib.
Qeyd edək ki, bu qrupda həmçinin Cənubi Koreya və Çexiya yığmaları da növbəti mərhələ üçün mübarizə aparacaqlar.
DÇ-2026
A qrupu, I tur
11 iyun
Meksika – CAR 2:0
Qollar: Xulian Kinyones, 9. Raul Ximenes, 67.
Hakim: Vilton Sampayo (Braziliya)
Meksika. "Asteka" stadionu