
Futbol üzrə dünya çempionatının açılış qarşılaşmasında ev sahibi Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları yaşıl meydana çıxıb.
Fanat.Az xəbər verir ki, gərgin keçən oyunda CAR millisini 2:0 hesabı ilə üstələyən meksikalılar turnirə qələbə ilə başlayıblar.
Dünya çempionatları tarixində ilk dəfə bir açılış matçında düz 3 qırmızı vərəqə göstərilib ki, bu da oyunun nə qədər sərt keçdiyini sübut edir. Meksika yığmasında qol vuran Xulian Kinones açılış matçında fərqlənən ilk KONKAKAF futbolçusu kimi tarixə düşüb.
Digər gənc istedad Xilberto Mora isə 2006-cı ilin mundial finalından sonra doğulub dünya çempionatında forma geyinən ilk oyunçu olaraq xüsusi rekorda imza atıb.