
Argentina millisinin və "Aston Villa"nın qapıçısı Emiliano Martines DÇ-2026-nın finalında bu gün İspaniya yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində mundialda sınıq barmaqla oynadığını deyib.
Fanat.Az xəbər verir ki, "Aston Villa"nın Avropa Liqasının mayın 20-də baş tutan finalında "Frayburq"u yendiyi matçdan (3:0) iki gün əvvəl məşqdə xəsarət alan qolkiperin sözlərini "The Sun" belə çatdırıb:
"Barmağım o vaxtdan bəri ağrıyır. Bilirdim ki, ağrıyacaq, amma əməliyyatdan qaçmağa çalışdım. Avropa Liqasının finalından sonra cərrahi müdaxilənin vacibliyini desələr də, ABŞ-nin və İngiltərənin bu sahə üzrə bir neçə mütəxəssisi ilə məsləhətləşdim və dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını kənardan izləməli olacağımı düşünərək razılaşmadım.
Düzü, ilk vaxtlar millidə kollektiv çalışmalara qatıla, digərləri kimi normal qaydada bilmirdim. DÇ-dəki birinci oyunumuzdan iki gün əvvəl özümü yaxşı hiss etmirdim".
Nihat