
Fransa millisinin futbolçusu Maykl Olise dünya çempionatında tarixi rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı vinger buna 3-cü yer uğrunda İngiltərə ilə keçirdikləri oyunda 2 məhsuldar ötürmə ilə yadda qalaraq nail olub.
O, turnirdə assistlərinin sayı 7-yə çatdırıb və bir DÇ-də assist sayına görə Pelenin rekordunu yeniləyib.
Pele 1970-ci il dünya çempionatında 6 məhsuldar ötürmə etmişdi.
Qeyd edək ki, Fransa 3-cü yer uğrunda matçda İngiltərəyə 4:6 hesabı ilə yenilib.
Toğrul